"Barselona"nın müdafiəçisi Dani Alves "Real Madrid"in hücumçusu Kərim Benzemanın Çempionlar Liqasının 1/8 finalının cavab matçında - PSJ ilə oyunda (3:1) het-trik etməsini diqqətdən kənada qoymayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Instagram"da Benzemanın çıxışınsan vəcdə gəldiyini açıqlayıb:
"Onun "Real"dan olması vecimə deyil. Benzema fərqli futbolçudur, çox fərqli! Sevirəm bu oyunu".
Qeyd edək ki, tərəflərin ilk duelində minimal hesablı qələbə qazanan PSJ səfərdə hesabı açsa da, Əlcəzair əsilli fransalı oyunu çevirərək komandasını 1/4 finala daşıyıb.
Nihat