Azərbaycanın cüdoçu qızları Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına başlayıblar.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə keçirilən təlimdə əsas məqsəd qarşıdakı yarışlara yaxşı hazırlaşmaqdır.
Toplanışda İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniyadan da cüdoçular iştirak edirlər.