16:09 21.06.2013 1024

"Müstəqil olaraq baş məşqçi kimi çalışmaq mənim üçün hələ tezdir"

Azərbaycanın U-16 millisinin baş məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi

- Başlayaq U-16 millimizdən. Komandada işlər necə gedir?

- Qarşımıza məqsəd qoymuşuq ki, uşaqları inkişaf etdirək, hansısa yarış təcrübəsi qazandıraq. Bununla bağlı bir neçə turnirimiz olub. İndi də Almaniyanın Duysburq şəhərində keçiriləcək yarışa hazırlaşırıq. İyunun 28-də yola düşəcəyik. Orada almanlarla oyunlarmız olacaq.

- Bu yaş qrupunda seçim imkanı necədir?

- O qədər ürəkaçan deyil. Çünki 16 yaş elədir ki, mütləq nələrisə öyrətməkdə gecikmələr olur. Futbola 5-6 yaşından başlamaq lazımdır. Seleksiyamız o qədər də böyük deyil. Azərbaycana aid olan problemlərlə üzləşirik. Həm də oyunçularda  zədələnmə, yorğunluq olur. Bu, milli komandada tez-tez rast gəlinən problemlərdir. Ancaq çalışırıq ki, öhdəsindən gələk.

- Komandaya cəlb etmək istədiyiz ölkə xaricində yaşayan azərbaycanlı futbolçular var?

- Bəli, xaricdə yaşayan azərbaycanlı futbolçuların axtarışındayıq. Hollandiyada yaşayan Ziya adlı bir futbolçu var. İstedadlı uşaqdır. Amma bu yaşda olan futbolçuya əvvəldən proqnoz vermək düz olmaz. Ziya milli komandanın heyətində bir oyun keçirib. Rusiyada yaşayan Tusi adlı həmyerlimiz da komandamız var. O hazırda komandamızın tərkibində məşq edir. Xaricdə yaşayan azərbaycanlı futbolçuların axtarışı ilə ayrıca bir şəxs məşğul olur. Özümüz də müxtəlif yollarla axtarışdayıq. 

- Avroliqada çıxış edəcək klublarımızdan nə gözləmək olar?

- Əlbəttə ki, 5-6 il bundan əvvəlkinə nisbətən indi daha çox şey gözləyirik. O dövrdə heç olmasa, bir mərhələ keçmək istəyirdiksə, indi qarşımıza qoyulan məqsədlər daha yüksəkdir. Çünki ildən-ilə klublarımız inkişaf edir. “Neftçi”nin ötən mövsüm Avroliqanın qrup mərhələsinə düşməsi onu göstərir ki, ən azı qarşımıza yüksək məqsədlər qoymalıyıq. Məncə, “Qarabağ” və “Neftçi”nin yaxşı şansı var. Çünki bu klublarımızın Avropa təcrübəsi daha çoxdur. Düşünürəm ki, komandalarmızın dördü də heç olmasa bir mərhələ keçəcək. Çünki ilk mərhələdə öz gücümüzə uyğun  komandalarla qarşılaşacağıq. Ona görə də klublarımıza ümidim böyükdür.

- Ötən illərdəki səhvləri təkrarlamamaq üçün klublarımızda hansı işlər görülməlidir?

- Birinci növbədə komandalarımızın ehtiyat qüvvəsi gücləndirilməlidir. Birinci mərhələdə çətinlik olmayacaq. Ancaq sonradan Premyer Liqanın oyunları başlayacaq. Artıq iki cəbhədə mübarizə aparmalı olacaqlar. Ona görə də klublarımızın ehtiyat qüvvəsi böyük olmasa çətinlik çəkəcəklər. Ən azı bir mövqeyə iki eyni səviyyəli futbolçu tapmalıdırlar. Həmçinin klublarımız sürətli futbola üstünlük verməlidirlər. Getdikcə Avropa futbolu da inkişaf edir. Yavaş futbolla Avropada heç nə etmək olmaz. Həm də müdafiə deyil, hücum futbolu oynamalıyıq. Bütün klublarımıza bir neçə transfer lazımdır. Nə qədər çox futbolçu cəlb olunsa, avrokuboklarda bir o qədər irəli gedə bilərik. İkinci mərhələdən sonra ustalıq səviyyəsi daha yüksək olan rəqiblərlə qarşılaşacağıq. Ona görə də səviyyəli legionerlər lazımdır ki, mərhələləri keçək. Məncə, klublarımızın dördünə də ən azı üç yaxşı legioner lazımdır. Belə olsa, qrup mərhələsinə qədər irəliləmək olar.

- “Neftçi” və “Qarabağ”dan daha uğurlu nəticə gözlədiyinizi dediniz. Bu komandalar hansı transferləri etməlidir?

- Bu gün ümumi Azərbaycan futbolunda hücumçu problemi var. Çempionat da göstərdi ki, hücumçularımız inamlı çıxış etmədi. Bunun nəticəsidir ki, bombardirlər siyahısında bir nəfər də azərbaycanlı olmadı. Ona görə də “Qarabağ” və “Neftçi”yə hücumçu lazımdır. Bundan başqa klublarımıza ən azı Hollandiya çempionatı səviyyəsində bir  mərkəz və dayaq yarımmüdafiəçisi lazımdır. Bu üç mövqe komandanın mərkəzidir. Bunlar qaydasında olsa, qalan mövqeləri düzəldib qrup mərhələsinə qədər getmək olar.

- “Qarabağ”dan köməkçi məşqçi işləmək üçün təklif almağınız haqda xəbər yayılmışdı.

- Futbolçu kimi “Qarabağ”dan çıxdığım üçün bu komandaya çox gedib gəlirəm və sıx əməkdaşlığım var. Həm də “Qarabağ”ın aşağı yaş qruplarına kurslar keçirik. Qurban müəllimlə də tez-tez diskussiyalar edirik, söhbətləşirik. Amma konkret orada məşqçi işləməyimlə bağlı təklif olmayıb. Olsa belə orada işləmək imkanım yoxdur. Çünki hazırda mən U-16 millisinin baş məşqçisiyəm.

- Əsas milli komandamızda işləməyi necə, fikirləşirsiniz? Millimizin son oyununda da komandanın düşərgəsində idiniz.

- Hələ ki, mənim A milli komandasında işləməyim tezdir. Çünki bunun üçün birinci növbədə təcrübə lazımdır. Buna da vaxt lazımdır. Təcrübəm hələ o səviyyədə deyil ki, əsas milli komandanın baş məşqçisi olum. Millimizin düşərgəsində olmağım isə karyeram üçün yaxşı bir təcrübə oldu. Nazim Süleymanov Azərbaycan kubokunun final oyununu izlədiyi üçün Qətər toplanışına getməmişdi. Ona görə də mənə təklif göndərdilər. Mən də məmnuniyyətlə getdim. Qayıtdıqdan sonra isə heç bir işim yox idi. Ona görə Lüksemburqla oyunda da milli komanda ilə bir yerdə oldum. Əsas milli komandamızda olmaq çox qürurvericidir. Ancaq müstəqil olaraq baş məşqçi kimi çalışmaq mənim üçün hələ tezdir.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X