Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi “Karlsrue”ni qəbul edib. Meydan sahibləri 0:3 hesabı ilə yenilib.
Start heyətdə yer alan Nazarov 69-cu dəqiqədə əvəzlənib.
26 oyuna 19 xal toplaya bilən “Ersgebirge” turnir cədvəlində 18 kollektiv arasında 17-ci pillədədir.
Nihat