Göygöl şəhərində Azərbaycanın əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürüb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Fanat.Az-a verilən məlumata görə, açılış mərasimində qurumun vitse-prezidenti Elnur Məmmədli xarici və yerli iştirakçıları salamlayaraq onlara uğurlar arzu edib.
Turnirin ilk günündə qızlar arasında 36, 40, 44 və 48 kq., oğlanlar arasında isə 46, 50, 55 və 60 kq çəki dərəcələrində görüşlər keçirilir.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya və Polşadan 100-dən çox idmançı mübarizə aparırlar.
İki gün davam edəcək turnirdə Azərbaycanın 400-ə yaxın gənc cüdoçusu qüvvəsini sınayacaq.