Cüdoçularımız martın 26-27-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək gənclər arasında Avropa kuboku turnirində iştirak edəcəklər.
Fanat.Az xəbər verir ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında ümumilikdə 20 cüdoçu təmsil edəcək.
Qızlar arasında Könül Əliyeva, Gülşən Bəşirova (48 kq), Rita Əliyeva (58 kq), Səbinə Əliyeva (57 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar. Gənc oğlanlardan ibarət yığmanın heyətində isə Nicat Məmmədli, Nurlan Kərimli, Samir Piriyev (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov, Aydın Rzayev (66 kq), Məmmədrza Hacızadə (73 kq), İsmayıl Zamanov, Maqerram İmamverdiyev (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq) yer alıblar.
Yarışda 28 ölkədən 314 idmançı iştirak edəcək.