Gənc cüdoçularımız bu gün Yunanıstanın paytaxtı Afinada Avropa kuboku turnirində mübarizəyə başlayırlar.
Fanat.Az xəbər verir ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında ümumilikdə 20 nəfərdən ibarət heyət təmsil edəcək.
Qızlar arasında Könül Əliyeva, Gülşən Bəşirova (48 kq), Rita Əliyeva (58 kq), Səbinə Əliyeva (57 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.
Oğlanlardan isə Nicat Məmmədli, Nurlan Kərimli, Samir Piriyev (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov, Aydın Rzayev (66 kq), Məmmədrza Hacızadə (73 kq), İsmayıl Zamanov, Maqerram İmamverdiyev (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (+100 kq) uğur qazanmağa çalışacaq.
İki gün davam edəcək yarışa 27 ölkədən 300 idmançı qatılacaq.