21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Bakıda Belarus yığması ilə qarşılaşıb.
"Bakcell Arena"da oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 25-də Avropa çempionatının seçmə mərhələsində Bakıda Estoniyanı 3:0 hesabı ilə məğlub edib. Bu, millinin seçmə mərhələdəki ilk qələbəsi olub.
U-21
Beynəlxalq yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan – Belarus 1:3
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”