Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında III turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən yalnız 3-ü görüşünü qələbə ilə başa vura bilib. Qədir Hüseynov Arseni Nesterovu (FIDE), Şahin Vəliyev Zan Tomazinini (Sloveniya), Əhməd Əhmədzadə isə Dorian Dalaudu (Fransa) yenib.
İki turdan sonra maksimum göstəriciyə sahib şahmatçılarımızın hamısı bu dəfə xal itkisi ilə üzləşib. Misrətdin İsgəndərov erməni Qabriel Sarkisyanla, Abdulla Qədimbəyli macar Qerqeli Kantorla, Eltac Səfərli serbiyalı Luka Budisavlyeviçlə, Məhəmməd Muradlı onun həmyerlisi İvan İvanişeviçlə "sülh bağlayıb". Aydın Süleymanlı isə danimarkalı Yonas Byerreyə uduzub.
Reytinq liderlərimizdən Nicat Abasov Mamikon Qaribyanla (Ermənistan), Vasif Durarbəyli Emil Mirzoevlə (Ukrayna) xalı yarı bölüb.
Hazırda Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, Eltac Səfərli və Məhəmməd Muradlının hesabında 2,5 xal var. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abbasov, Əhməd Əhmədzadə və Şahin Vəliyev 2 xal hasil edə bilib.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
III tur
Misrətdin İsgəndərov - Qabriel Sarkisyan (Ermənistan) 0,5:0,5
Yonas Byerre (Danimarka) - Aydın Süleymanlı 1:0
Məhəmməd Muradlı - İvan İvanişeviç (Serbiya) 0,5:0,5
Luka Budisavlyeviç (Serbiya) - Eltac Səfərli 0,5:0,5
Qerqeli Kantor (Macarıstan) - Abdulla Qədimbəyli 0,5:0,5
Qədir Hüseynov - Arseni Nesterov (FIDE) 1:0
Nicat Abasov - Mamikon Qaribyan (Ermənistan) 0,5:0,5
Vasif Durarbəyli - Emil Mirzoev (Ukrayna) 0,5:0,5
Yatsek Şved (Polşa) - Vüqar Əsədli 0,5:0,5
Gövhər Beydullayeva - Nderim Saraçi (Kosovo) 0,5:0,5
Əhməd Əhmədzadə - Dorian Dalaud (Fransa) 1:0
Ori Koçavi (İsrail) - Murad İbrahimli 1:0
Şahin Vəliyev - Zan Tomazini (Sloveniya) 1:0
Riad Səmədov - Vladislav Qarski (Ukrayna) 0,5:0,5
Toğrul Həsənzadə - Erik Blomqvist (İsveç) 0:1