"Olimpik Lion" klubu yeni baş məşqçi axtarışındadır.
Fanat.Az xəbər verir ki, fransızlar cari mövsümün sonunda çalışdırıcısı Peter Bosla yolları ayırmağı planlaşdırır.
Məlumatı "Foot Mercato" yayıb.
Xəbərə görə, bu posta "Monako" və "Bayern Münhen"in sabiq baş məşqçisi Niko Kovaç namizəddir.
Qeyd edək ki, "Strasburq"dan Jülyen Stefan ilə PSJ-nin keçmiş çalışdırıcısı Loran Blan da namizədlər sırasındadır.
Emin