İngiltərə millisinin sabiq qapıçısı Co Hart keçmiş klubu "Mançester Siti"dən ayrılmazdan əvvəl baş məşqçi Qvardiola ilə iki saat söhbət edib.
Fanat.Az xəbər verir ki, “Daily Mirror"a danışan 34 yaşlı qolkiper həmin dialoqu belə xatırlayır:
"O, mənim keçmişimi, əvvəlki təcrübəmi və futbol oynamağımı çox yaxşı bilirdi. Amma etiraf etdi ki, məni qapıçı kimi görmür. Daha sonra mənə şans verəcəyini bildirdi. Ancaq o şans verilənə kimi başa düşürsən ki, heç də artıq sən istədiyin kimi deyil".
Xatırladaq ki, Co Hart hazırda Şotlandiyanın "Seltik" klubunun şərəfini qoruyur.
Emin