Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” və “Real Madrid” komandaları arasında keçirilən cavab qarşılaşması ən çox izlənilən qadın futbol matçı kimi tarixə düşəcək.
Fanat.Az xəbər verir ki, bir qədər əvvəl başa çatan və Kataloniya klubunun "Nou Kamp" 5:2 hesabı ilə qalib gəldiyi matçı 99 min azarkeş izləyib.
Klub oyundan bir qədər əvvəl "El Klasiko" üçün biletin hamısının satdıqlarını açıqlayıb.
"Barselona" mövsümü dördqat titulla başa vurmağa can atır. Qadın komandası yanvarda İspaniya Superkubokunda "Atletiko"nu 7:0 hesabı ilə yenib. Bu ayın əvvəlində isə İspaniya çempionluğunu təmin edib. Onlar Çempionlar Liqasında yoluna davam edirlər və kubokun da favoritidirlər.
Kataloniyalıların möhtəşəm mövsüm keçirdiyini bu mövsüm bütün yarışlarda 37 oyunda 37 qələbə qazanması bir daha təsdiqləyir. Komandanın ən yaxşı oyunçusu 25 qol vuran və "Qızıl top"un sahibi Aleksia Putellasdır.
İndiyədək qadın futbolunda ən çox azarkeşin iştirak etdiyi oyun 1999-cu ildə Dünya Kubokunun finalına təsadüf edib. ABŞ-dakı "Rose Boul" arenasında meydan sahiblərinin çinlilərə qarşı qələbəsini 90195 azarkeş izləyib.
Beləliklə, "Barselona"nın qadın komandası bu mövsüm "Nou Kamp"da rekord qırıb. İndiyə qədər "El Klasiko"lardakı rekord isə 86422-yə bərabər idi.
Mirağa