Rusiya hökuməti “Lokomotiv”in ölkənin Dəmir Yolları tərəfindən satışa çıxarıldığını təsdiqləyib.
Fanat.Az "Rossiyskiy Futbol: RPL" portalına istinadən xəbər verir ki, mümkün sövdələşmənin təfərrüatları hazırda məlum deyil.
Klubun satılması qərarı ABŞ və Aİ sanksiyaları, eləcə də Rusiya Dəmir Yollarının yaxın gələcəkdə yaşaya biləcəyi maliyyə çətinliklərlə bağlıdır.
Mümkün alıcılar arasında rusiyalı milyarder Roman Abramoviç də var.
Qeyd edək ki, daha əvvəl Abramoviçin "Çelsi"ni satmaq məcburiyyətində qaldığı üçün Rusiya futboluna sərmayə qoymağa qərar verdiyi bildirilmişdi. Milyarderin yerli MOİK klubu ilə maraqlandığı da xəbər verilir.
Emin