Donetsk "Şaxtyor"unun baş direktoru Sergey Palkin FİFA-nı Rusiyanı təşkilatdan qovmamasına görə sərt şəkildə tənqid edib.
Fanat.Az xəbər verir ki, "Sport.UA" saytı klub rəsmisinin dediklərini belə çatdırır:
“Bütün dünya artıq buna qarşı olduğu halda Rusiyanın bu təşkilatdan çıxarılmaması qəribədir. İnsanlar FİFA-nın qərargahında oturub pəncərədən Cenevrə gölünə baxanda, yəqin ki, başqa reallıqları görürlər. Bəlkə də buna daha ciddi yanaşmaq üçün öz adamlarını Mariupol və Xarkova göndərməlidirlər”.
Emin