Futbol üzrə Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi "Maksimir"də “Draqovolyaç”ı qəbul edib. Futbolçumuzun komandası çempionatın autsayderini 2:0 hesabı ilə üstələyib.
Mahir 70-ci dəqiqədə meydana buraxılıb.
Bu nəticədən sonra xalını 60-a çatdıran “Dinamo” vahid liderdir.
Nihat