Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi, Vaqif Cavadovun isə məşqçisi olduğu Qazaxıstan "Turan"ı bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi 4-cü tur çərçivəsində "Tobol"un qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bir müddət əvvəl zədəsini sağaltmaq üçün Bakıya dönən Balayev artıq komandasının düşərgəsinə qayıdıb. O, dünən klub tərəfindən edilən studiya çəkilişlərində iştirak edib. Emilin bugünkü görüşdə iştirakı gözlənilir.
Qeyd edək ki, Emil Balayev 2019/2020 mövsümündə məhz "Tobol"da çıxış edib və uğurlu mövsüm keçirib. Kostanaylılar cari mövsümdə 3 oyundan 7 xal toplayaraq liderlər mövqeyindədir. "Turan" isə 2 oyun keçirib və hesabında 1 xal var. Emil Balayev yeni komandasına hələ debüt etməyib.
Mirağa