Futzal üzrə Yüksək Liqada cümə günü baş tutacaq 18-ci turun oyun cədvəlində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Aprelin 8-də Bakı İdman Sarayında meydana ilk olaraq “Alyans” və U-19 komandaları çıxacaq. keçiriləcək. Tura "Record club.az" – "Neftçi İK" dueli ilə yekun vurulacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək turun mərkəzi oyunu - "Baku Fire" - EKOL matçı "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Alyans (Lənkəran)– U-19
8 aprel. Bakı İdman Sarayı. Saat 12:00
Baku Fire – EKOL
8 aprel. Bakı İdman Sarayı. Saat 14:15
Record club.az – Neftçi İK
8 aprel. Bakı İdman Sarayı. Saat 16:15