Bu gün Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu - XI turunda mükafatlara iddiasını davam etdirən Azərbaycan təmsilçilərindən Qədir Hüseynov xorvatiyalı Zdenko Kozulla, Misrətdin İsgəndərov ukraynalı Yuri Kuzubovla, Abdulla Qədimbəyli Fransa şahmatçısı Jil Mussarla üz-üzə gələcək. Vasif Durarbəyli isə Julian Krameri (Almaniya) sınağa çəkəcək.
Aydın Süleymanlı Rasmus Svanla (Almaniya), Nicat Abasov Nderim Saraçi (Kosovo) ilə, son ölkə çempionu Məhəmməd Muradlı Eduardo İtturizaqa (İspaniya) ilə münasibətləri aydınlaşdıracaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
Son tur öncəsi Abdulla, Misrətdin və Qədir hərəyə 7 xalla 6-8-ci yerləri bölüşdürürlər. Eyni xala malik Vasif 19-cudur. Sıralamaya 8 xalla almaniyalı Mattias Blübaum başçılıq edir.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
XI tur
Zdenko Kozul (Xorvatiya) - Qədir Hüseynov
Misrətdin İsgəndərov - Yuri Kuzubov (Ukrayna)
Abdulla Qədimbəyli - Jil Mussar (Fransa)
Vasif Durarbəyli - Julian Kramer (Almaniya)
David Quijarro (İspaniya) - Vüqar Əsədli
Rasmus Svan (Almaniya) - Aydın Süleymanlı
Nicat Abasov - Nderim Saraçi (Kosovo)
Məhəmməd Muradlı - Eduardo İtturizaqa (İspaniya)
Əhməd Əhmədzadə - Eltac Səfərli
Gövhər Beydullayeva - Nikita Meşkovs (Latviya)
Riad Səmədov - Luka Budisavlyeviç (Serbiya)
Murad İbrahimli - Qjeqoj Nasuta (Polşa)
Migel Orteta (İspaniya) - Şahin Vəliyev
Toğrul Həsənzadə - Valentin Xulka (Ukrayna)