Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığma komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunda iki medal qazanıb.
Fanat.Az xəbər verir ki, Abil Yusubov (66 kq) və Nahid Tarquliyev (73 kq) yarışın baş mükafatına sahib çıxıblar.
Yekun nəticədə Azərbaycan millisi komanda hesabında üçüncü yeri tutub.
Qeyd edək ki, ölkəmiz yarışda 22 idmançı ilə təmsil olunub.