12:41 07.04.2022 1166

Görmürsünüz ki, yararsızam?

Nihat Ağasoy

"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. İndilik buna təsir etmək, ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".

Canni De Byazinin vətəni İtaliyanın idman mətbuatına dediyi cümlələrdir. Əslində bu cümlələrdən tutub səriştəsiz AFFA məmurları ilə uğurla zarafatlaşmaq və ya bir-iki novella da yazmaq olar. Amma qorxunc reallığı ələ salmağın uğurlu seçim olmadığını düşünürəm. 

Martda keçirdiyi sınaq oyunlarında həm Malta, həm də Latviyaya 0:1 hesabı ilə uduzan Azərbaycan seçməsinin baş məşqçisinin söylədiklərini acı həqiqət kimi qəbul etmək və səmimiyyətinə görə ona təşəkkür etmək lazımdır. Təbii, təzyiq bir az çox olacağı halda, italiyalı mütəxəssis AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədovun xahişi ilə bu sözlərinin təhrif olunduğunu deyə də bilər. Amma hadisələrin sonrakı inkişafından asılı olmayaraq, bacarmadığı işin qulpundan yapışan Canni xocanı hamılıqla başa düşməliyik.

Adam Azərbaycan yığmasında başqa yerdə iş tapa bilmədiyinə görə işləyir, deyilmi? Hansı özünə və karyerasına hörmət edən əcnəbi qaldıra bilməyəcəyi "qurğuşun kisəsi"nin altına çiyin qoyar? 

Yəqin şam yeməyindən sonra qarşısındakı çaxır badəsinə baxıb fikrə gedən və içindəki vicdanın iniltisini eşidən De Byazi Azərbaycandakı perspektivləri ilə bağlı yalan danışmamaq qərarına gəlib. O, özü də bilir ki, geridə qalan iki il boşa gedib və bacarıqsız AFFA rəhbərliyinin vəziyyətə operativ müdaxilə planı yoxdur. Başqa sözlə, bu sayda başbilənlə başsız atlını xatırladan futbol qurumunun çevik manevr edəcək qüdrətdə olmadığını italiyalı özlüyündə çoxdan müəyyənləşdirib. 

Zaman göstərir ki, Canni müəllim canını oda-közə vurmadan millinin "sükanı arxası"nda gününü keçirir. Ona bu postu layiq görüblərsə, başqa nə etməlidir? "Bağışlayın, sinyor Mamedov, mən basan körük deyilmiş", - deyib bu yaşda hesabına köçürülən dollarlara tüpürməlidir? Neft ölkəsinin neftdən gələn gəlirlə maliyyələşən qurumuyla hansısa gəlmənin belə sağollaşmayacağı məlum məsələdir.

Digər tərəfdən, mütəxəssisin söylədikləri həm də AFFA üçün aydın siqnaldır. Şifrələmək üçün xüsusi əziyyət belə tələb olunmur. Qorxaq kollektivdən döyüşkən komanda qura bilmədiyini qabartması öz yerində, de Byazinin meşin qapılar arxasında, haqq etmədiyi "kreslolar"da oturan qalstuklu "qaquliklər"ə də mesajı var. Sizi bilmirəm, mən təxminən belə başa düşdüm:

"Heç bir ümid cücərtisi olmadığı halda, sizin məni seçməyiniz yanlış və acizanə gediş idi. Mən kiməm ki, milli ruh anlayışı olmayan kollektivdən futbol komandası yaradım? Bunu ancaq sizin olmayan futbolunuzun dilini az-çox bilən kimsə bacarardı... Başınız dəfələrlə daşdan-daşa dəydiyi təqdirdə, hələ də daşı ətəyinizdən tökmürsünüzsə, vay azərbaycanlı yığma azarkeşlərinin halına. Dilimlə deyirəm də, görmürsünüz ki, yararsızam?"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X