Cüdo üzrə Azərbaycan millisinin aprelin 23-24-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək açıq Avropa Kuboku üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığmanın məşqçilər heyəti yarışa 10 idmançı sifariş edib. Bunlar Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hamısı 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tskayev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli və İmran Yusifovdur (hər ikisi 100 kq).
Qeyd edək ki, turnirdə 18 ölkədən 218 idmançının iştirakı gözlənilir.