Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
"Yaşıl timsahlar" “Kocaelispor”u qəbul edib. Futbolçumuzun komandası 2:1 hesablı qələbə qazanıb.
Start "11-lik"də yer alan Namik 87-ci dəqiqədə əvəzlənib. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolun ötürməsini də Ələskərov verib.
“Bursaspor” 31 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
Nihat