"Mahir Emreliyə müəyyən vaxt lazımdır".
Fanat.Az xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç səfərdə "Riyeka"nı 2:1 hesabı ilə üstələdikləri matçdan - Xorvatiya çempionatının XXX turunun oyunundan sonra deyib.
45 yaşlı mütəxəssis "Dinamo"nun qələbəsində qolla pay sahibi olan Azərbaycan millisinin hücumçusunun çıxışına toxunub: "Mahirin səviyyəli futbolçu olduğu görünür. Sadəcə, hələ tam formaya düşməyib. Oyundan-oyuna "artıracağına" inanıram".
Nihat