Türkiyə I Liqasında çıxış edən "Kocaelispor"da baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, son turlarda üzləşdiyi uğursuz nəticələr səbəbindən 17-ci pilləyə qədər geriləyən "Kocaelispor"un rəhbərliyi komandanın çalışdırıcısı Mehmet Altıparmakla yolları ayırıb.
Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"a son məğlubiyyət (1:2) baş məşqçiyə verilən "güzəşt limiti"nin bitməsinə səbəb olub.
Mirağa