Xorvatiya mətbuatı ötən gün çempionatın 31-ci turunda “İstra” ilə matçda (3:0) fərqlənən Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelidən yazıb.
Fanat.Az xəbər verir ki, “Veçernji” nəşri Mahir barədə müsbət fikirlər yazıb:
“Mahir Emreli “Dinamo”da ikinci qolunu vurdu. Bu qol Azərbaycandan olan futbolçunun “Maksimir” stadionundakı ilk qolu idi. Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı”.
Qeyd edək ki, Emreli ardıcıl iki oyundur Xorvatiya çempionatında qol vurur.