Azərbaycanlı futbolçu Mahir Emreli Xorvatiya çempionatında 31-ci turun rəmzi komandasına düşüb.
Fanat.Az xəbər verir ki, "Sofescore" statistika portalının təqdim etdiyi "11-lik"də millimizin üzvü də yer alıb.
25 yaşlı hücumçunun evdə “İstra”ya qarşı keçirilmiş matçdakı (3:0) çıxışı 7,7 xalla qiymətləndirilib.
Onunla yanaşı, komanda yoldaşları Mislav Orşiçlə Yosip Şutalo da rəmzi komandaya düşüb.
Mahir Emreli “İstra” ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.