Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç səfərdə "Hayduk"a 0:1 hesabı ilə uduzduqları Xorvatiya çempionatının IX turdan təxirə salınmış qarşılaşmadan sonra mətbuat konfransına qatılmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə meydan sahibləri qarşılaşmadan əvvəl məlumatlandırılıb.
Mütəxəssis yayım hüququ olan telekanala açıqlama verdikdən sonra avtobusa minərək Splitdən Zaqrebə yollanıb. Kopiç stadionun ətrafına "Hayduk" azarkeşlərinin toplaşacağını əsas gətirib və arenanın ərazisini təhlükəsiz şəraitdə tərk etmək istədiyini bildirib.
Azərbaycan millisinin "Dinamo"da çıxış edən üzvü Mahir Emreli matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, bu mövsüm Splitdəki ilk derbi öncəsi "Dinamo"nun avtobusu daşa tutulmuşdu.