Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Tondela"nın Portuqaliya Kubokunun finalındakı rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, komanda həlledici matçda "Potu" ilə üz-üzə gələcək.
"Portu" ötən gecə yarımfinalın cavab matçında birinci qarşılaşmada 2:1 hesabı ilə yendiyi "Sportinq"i 1:0 hesabı ilə üstələyərək adını finala yazdırıb.
"Tondela" ilə "Porto" arasında final oyunu mayın 22-də keçiriləcək.
Qeyd edək ki, "Tondela" tarixində ilk dəfə finala vəsiqə qazanıb.
Nihat