Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku turniri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandası 2 qızıl və 1 bürünc medal qazanıb.
Qızıl medalları 66 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl İbrahimov və 73 kq-da yarışan Nəriman Mirzəyev əldə ediblər. Onlar finalda müvafiq olaraq italiya təmsilçiləri Leonardo Valeriya və Qabriyele Sulli üzərində qələbə qazanıblar.
Bürünc medalı isə yığmanın aktivinə 60 kq çəki dərəcəsində çıxış edən Nazir Talıbov yazdırıb. O, üçüncü yer uğrunda görüşdə niderlandlı Bart Velinqi yenib.