Bu gün Xorvatiya çempionatında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
Zaqreblilər "Qoritsa" ilə səfər qarşılaşmasına çıxıb. Bakı vaxtı ilə saat 21:05-də başlayan qarşılaşma yeni baş məşqçi Ante Çaçiçin debüt oyunu olub. Görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Start "11-lik"də yer alan Mahir 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 32 oyuna 69 xal toplayan "Dinamo" turnir cədvəlində lider mövqeyində qərarlaşıb.
Nihat