Azərbaycan daha iki cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tskayev və 100 kq-dan yuxarı çəkidə yer alan İİmran Yusifov baş mükafata sahib çıxıblar. Onlar finalda müvafiq olaraq italiyalı Titsiano Falkone və xorvatiyalı Marsel Skaletsi məğlub ediblər.
81 kq-dakı digər təmsilçimiz Hasil Cəfərov və 100 kq-da yer alan Adil Kərimli isə bürünc medal uğrunda qarşılaşmalarda uduzaraq beşinci yerlə kifayətləniblər.
Beləliklə, Azərbaycan millisi Avropa Kubokunu 5 medalla başa vurub. İmran Yusifovla yanaşı və Zelim Tçkayev, İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala yiyələnib.