Polşa çempionatında 30-cu turdan qalan bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, turun son qarşılaşmasında Anton Krivotsyukun çıxış etdiyi "Visla Plotsk" səfərdə "Visla"nın qonağı olub.
Görüş Plotsk təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Anton görüşün iştirakçısı olmayıb. Millimizin müdafiəçisi sarı vərəqə cəzalısı olduğu üçün matçı tribunadan izləyib.
30 oyunda 45 xal toplayan "Visla Plotsk" 6-cı yerdə yer alıb.