"Vilyarreal"ın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının yarımfinalının ilk oyunu - "Liverpul"la matç ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis UEFA-nın saytına danışıb:
"Ciddi uğur qazanmaq üçün favoritləri məğlub etmək lazımdır. 1/8 finalda "Yuventus" üzərində qələbə bizdə özünəinam yaratdı."Liverpul" əla komandadır. Şanslarımızdan istifadə etməkdə qərarlıyıq. Bizi maraqlı mübarizə gözləyir".
Qeyd edək ki, tərəflərin ilk dueli aprelin 27-də keçiriləcək.
Nihat