Donetsk “Şaxtyor”unun baş direktoru Sergey Palkin klubun Rusiya Premyer Liqasında (RPL) çıxış etməsi ilə bağlı suallara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Russkiy futbol:RPL" portalı funksionerin dediklərini belə çatdırıb:
“2014-cü ildə biz Donetski tərk etdik və Ukraynanın hər bir bölgəsində oynadıq. Lvovda, Xarkovda, Kiyevdə... Ancaq bu müddət ərzində bizim yalnız bir arzumuz var idi: Donetskə qayıtmaq. Bu barədə xəyal qurmağa davam edirik. Klub olaraq şəhərsiz, məşq bazasız, azarkeşsiz yaşamaq çətindir. Biz xəyalımızın gerçəkləşəcəyinə inanırıq.
Donetsk ruslar tərəfindən işğal olunsa, heç vaxt ora dönmərik. Biz Ukrayna klubuyuq, ancaq Ukrayna liqasında çıxış edəcəyik. Hər yerdə də Ukraynanı təmsil edəcəyik. Biz heç vaxt onların çempionatında oynamayacağıq. Onlarla bizim heç bir bağlantımız yoxdur və heç zaman da olmayacaq. Biz Ukraynayıq! Bu, bizim prinsipial mövqeyimizdir!"
Emin