AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Premyer Liqanın növbəti mövsümündə komanda sayının artırılması ilə bağlı qərar verilməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı Olimpiya Stadionundakı toplantında məsələ müzakirə olunsa da, qərar növbəti iclasa saxlanılıb.
Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bu barədə saytımıza açıqlama verib:
"Komanda sayının artırılması demək olar, hər iclasda müzakirə olunur. Bu dəfə də müəyyən fikirlər səsləndirildi. Sadəcə, rəsmi qərar olmadığı üçün AFFA-nın saytında o haqda xəbər yazılmayıb. Rəsmi qərar olmadığı üçün, müzakirələrin gedişi, İcraiyyə Komitəsi üzvlərinin səsləndirdiyi fikirlər barədə açıqlama verməyim doğru olmaz. Onu deyə bilərəm ki, fors-major hal olmasa, komanda sayı 10-a qaldırılacaq. İndiki halda təklif olundu ki, lisenziyalaşdırmanın nəticələrinin yekununu gözləyək. Sənədləşmədə problem olmasa, İK-nın növbəti iclasında qərar verilə bilər".
Mirağa