"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan - "Qarabağ"la matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis komandasının 0:5 hesablı yenilgisini belə dəyərləndirib:
"Çox danışmaq istəmirəm, ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var, onları müzakirə etmək istəmirəm. Əlbəttə, maddi məsələ barədə də danışmaq niyyətində deyiləm. Bu durum da bizi çox sıxır. İnanıram ki, hər şey yoluna qoyulacaq və toparlanaraq ən yaxşısını edə biləcəyik".
Baxşıyev AFFA İcraiyyə Komitəsinin qərarlarını müzakirə etmək istəmədiyini vurğulayıb: "15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli-cəzalı olması oyunumuza təsir edir. İnanıram ki, bütün gücümüzü ortaya qoyaraq çempionatı başa çatdıra biləcəyik".