Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin bildirib ki, rusiyalı futbolçular Ukraynadakı vəziyyətə görə əziyyət çəkməməlidir.
Fanat.Az xəbər verir ki, "Vecer" saytı UEFA prezidentinin sözlərini belə çatdırıb:
"Futbolçular baş verənlərin nəticələrini hiss edirlər, baxmayaraq ki, onların bununla heç bir əlaqəsi yoxdur. UEFA xoşməramlılıq nümayiş etdirməlidir. Biz göstərməliyik ki, sanksiyalar Rusiya idmançılarına və rus xalqına qarşı yönəlməyib. Futbolçular əziyyət çəkməməlidir".
Emin