Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüstəm Orucov (73 kq) Azərbaycan cüdosunda şərikli rekordçuya çevrilib.
Fanat.Az xəbər verir ki, qitə çempionatlarında beşinci dəfə fəxri kürsüyə yüksələn 31 yaşlı idmançı bununla Elçin İsmayılovun rekorduna şərik olub.
Qeyd edək ki, E.İsmayılovun aktivində Avropa çempionatlarının 3 qızıl, 2 gümüş medalı var. R. Orucov isə analoji yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxıb.