Bu gün futbol üzrə Xorvatiya çempionatında 33-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun bağlanış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su "Lokomotiva" ilə qarşılaşıb.
Rəqib meydanında baş tutan Zaqreb derbisi Bakı vaxtı ilə saat 21:05-də start götürüb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Ötən turun oyununda çiynindən xəsarət alan Emrelinin səfər matçında oynamayacağı ehtimal olunsa da, azərbaycanlı forvardın start "11-lik"də yer alıb. Yığmamızın forvardı 63-cü dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
Bu heç-heçə sayəsində xal hesabını 70-ə çatdıran "Dinamo" hazırda liderdir.
Mirağa