"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola yaxın günlərdə klubuyla müqavilə yeniləyəcək.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, 51 yaşlı çalışdırıcı "şəhərlilər"lə müddəti 2025-ci ilə qədər olan anlaşma barədə razılığa gəlib.
Pepin indiki müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.
Quardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Daha öncə "Barselona" və "Bayern Münhen"i çalışdıran mütəxəssis Mançester təmsilçisi ilə 3 dəfə İngiltərə çempionluğunu (2017/2018, 2018/2019, 2020/2021), 4 dəfə İngiltərə Liqa Kubokunu (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021), 1 dəfə İngiltərə Kubokunu (2018/19) və 2 dəfə ölkə Superkubokunu (2018, 2019) qazanıb.
Nihat