PSJ-nin baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisinin superulduzu Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssisin həmyerlisi barədə söylədiklərini "RMC Sport" belə çatdırıb:
"Messini müzakirə ediriksə, qeyri-adi futbolçudan danışdığımızı nəzərə almalıyıq. O, Dieqo Maradona ilə eyni səviyyədədir. Təbii, Lionelin PSJ-yə uyğunlaşması vaxt apardı. Özünü uzun illər oynadığı "Barselona"dakı kimi rahat hiss etməsinə mane olan məqamlardan xəbərdarıq. Ancaq bütün hallarda, Messini yerli-yersiz tənqid atəşinə tutmaq da düzgün deyil. Onun səviyyəsinə şübhə etməyə belə, dəyməz. Növbəti mövsüm başqa olacaq".
Qeyd edək ki, bu mövsüm PSJ formasıyla Fransa çempionatında 23 matça çıxan Messi 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat