Sabah Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
37 yaşlı qrosmeysterimizlə yanaşı, turnirdə Yan Nepomnyaşi (FIDE), Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges, macarıstanlı Rixard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaqlar.
Dairəvi sistem üzrə təşkil olunacaq və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş analoji turnirin qalibi olub.