11:55 13.05.2022 290

İflic diaqnozu qoyulan uşaq tribunaları təsirləndirdi - VİDEO

Ötən gecə İngiltərə Premyer Liqasının 22-ci turundan təxirə salınmış oyun keçirilib. "Tottenhem" öz meydanında "Arsenal"ı qəbul edib. Görüş "xoruzlar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Fanat.Az xəbər verir ki, oyunda yaranan fasilə zamanı olduqca maraqlı və təsirli hadisə baş verib.

Belə ki, Şimali London derbisinin ilk hissəsindən sonra meydana "Tottenhem"in gənc azarkeşi Rayli Keys çıxıb. Oğlan üç ay tez doğulub, ona serebral iflic diaqnozu qoyulub. Həkimlər Raylinin valideynlərinə onun heç vaxt yeriməyəcəyini deyiblər.

Lakin dünən o, meydançaya çıxıb və gurultulu alqışlarla Premyer Liqada kifayət qədər tanınmış sabiq qapıçı Patrik Cenninqsə penaltidən qol vurub.

Həmin anların videogörüntüsünü təqdim edirik:

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X