17:01 13.05.2022 238

"Qəbələ" və "Neftçi" cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);

I Divizionun XXV turunun MOİK – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

XXV turun “Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84);

XXV turun “Qəbələ-2” – “Qarabağ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Qəbələ-2” komandasının futbolçusu Aqil Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Qarabağ-2” komandasının futbolçusu Zamiq Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X