May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Günə yaşı 15 və 17-yə qədər olan atletlərin 67 kq çəki dərəcəsində mübarizəsi ilə yekun vurulub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə 15 yaşlılarda, toplam 267 kq (117+150) nəticə ilə Qazax təmsilçisi Ravin Alməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.