15:27 15.05.2022 592

Cavid Hüseynov: \"İnanırdım, çox inanırdım\"

Dünən Region Liqasınını yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Cəbrayılın eyniadlı komandası "Qusar"ı məğlub edib - 2:1. 

Yeni yaranmış "Cəbrayıl" klubunun təsisçisi və eyni zamanda çalışdırıcısı olan Cavid Hüseynov komandasının finala çıxması ilə bağlı fikirlərini Fanat.Az-la bölüşüb:

"Məni sevindirən odur ki, əziyyətimiz dəyərləndirilib. Bilirsiniz, biz çalışırıq və bəzən gördüyümüz iş kölgədə qalır. Amma azarkeşlərimiz bunu qeyd edir. Mətuat da diqqətdən kənarda qoymur. Yəni bütün bunlar bizə yüksək motivasiya verir. Əziyyətimiz sözlə də olsa dəyərləndirilirsə, bu, bizə ruh yüksəkliyi verir. Səkkiz-doqquz ayın komandasıyıq. Məşqlərimiz bəzi səbəblərdən səhər saat 8-də başlayır. Bir çox yerlərdə iş saatı bu vaxt başlamır, amma biz 8:00-da məşqə start veririk. Futbolçuların bəziləri səhər saat 6:00-da yuxudan durmalı olur ki, məşqlərə çatsın. Yəni bunun özü böyük bir fədakarlıqdır. Şükürlər olsun ki, bu əziyyətimiz yerdə qalmadı. 

Liqada güclü oyunu ilə fəqlənən "Qusar" üzərində qələbə qazandıq. Bu, bizə asan başa gəlmədi. Olduqca güclü kollektivə və çılğın azarkeş dəstəyinə malik rəqibə qarşı oynadıq. Burada azakeşlərin basqısını nəzərə almaq lazımdır. Nə mənada basqı? Yəni durmadan komandalarını irəli səsləyirdilər. 120 dəqiqə bunu etmək asan deyil. 

Yaxşı performans göstərdiyimiz iki oyunu qeyd edərdim, "Energetik"lə oyun və dünən "Qusar"a qarşı keçirdiyimiz matç. Mən fəxr edirəm komandamla. Bilirsiniz, mən inanırdım... Çox inanırdım... Əsas bu inamımı kollektivə aşılamaq idi ki, bunu da bacardıq. Şükürlər olsun. Komandanın qurulmasında köməyi olan hər kəsə minnətdaram. Yanımızda olan, bizi dəstəkləyən hamıya da təşəkkürümü bildirirəm. 

Klubda ab-hava yaxşıdır. Uşaqlar da sevinclidir buna görə. Futbolun içindən çıxmış bir insan kimi mən də istəyirəm ki, inkişafa doğru bir addım atım. İstəyirəm ölkə futbolunun irəli getməsinə mən də öz töhfəmi verim. Gördüyümüz iş də göz qabağındadır. Heyətmizin 70-80 faizi 20-21 yaşlı futbolçulardan ibarətdir. Bu futbolçular yaddan çıxmışdı, amma biz onları həvəsləndirib böyük futbola geri bildik". 

Bu gün "Xan Lənkəran" - "Araz Naxçıvan" oyununda ikinci finalçı məlum olacaq. 34 yaşlı çalışdırıcı həlledici qarşılaşmada üz-üzə gələcəkləri mümkün rəqiblərindən də danışıb: 

"Finalda rəqibimizin kim olması barədə düşünmürük. Mən heç zaman istəmərəm və ya diləmərəm ki, bizə zəif olan tərəf düşsün. Bu, mənə xas olan xüsusiyyət deyil. Yarımfinalda kim güclüdürsə, o da finala layiqdir. Həmin kollektivlə də qarşılaşmağa hazırıq. Amma finalda kimin qalib olacağına gəlincə... "Xan Lənkəran"ın şanslarını yüksək qiymətləndirirəm. "Araz Naxçıvan"ın oyunlarını izləyə bilməmişəm, ancaq baş məşqçiləri Azər müəllimlə yaxşı münasibətdəyik. Futboldur, hər şey ola bilər. İstənilən halda, hər ikisinə uğurlar". 

Emin Şəmsiyev

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X