16:21 17.05.2022 341

\"Xəyalımız qələbəmizi Qarabağda qeyd etməkdir\" - Tahir Gözəl

"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.

Fanat.Az xəbər verir ki, "Dreamland" qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdulbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və KİV nümayəndələri qatılıb.

Jurnalistlərə açıqlama verən "Qarabağ"ın prezidenti Tahir Gözəl bunları söyləyib:

"Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm. Müstəqil Ağdamın təmsilçisi kimi ilk çempionluğumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi orada qeyd etməkdir. Artıq buna nail olduq. Təbii ki, bu, cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmağa çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. "Qarabağ" tarixində bir çox ilklərə imza atmış komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik".

Funksioner tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəklərini vurğulayıb:

"Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdır. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Bu sabitliklə yenidən iddialı olacağımıza inanıram".

"Qarabağ"ın prezidenti jurnalistlərlə Azərbaycan millisinin uğurları üçün çalışacağını da gizlətməyib:

"Sizinlə ürək sözümü bölüşmək istəyriəm. Yəqin ki, bundan sonra nə olacağı hamını maraqlandırır. Bu bir reallıqdır ki, "Qarabağ" klubu Azərbaycan millisinə ən çox futbolçu verən komandadır. Ölkə millisinin layiq olduğu səviyyəyə çatması üçün görməli olduğumuz çox işlər var. Mənim hədəfim Qurban Qurbanovun qarşıdakı illərdə Azərbaycan yığmasına daha güclü futbolçular verməsini təmin etməkdir. Bu yolda bizim böyük payımız olmalıdır. Önümüzdəki 4-5 il ərzində qarşımıza məqsəd qoyacağıq ki, "Qarabağ" klubu ən uğurlu komanda olaraq milli üçün gənc futbolçular yetişdirsin. Özümüzə qayıtmalı, öz futbolçularımızı yetişdirməliyik. Azərbaycan millisinin dünyada, Avropada uğur qazanması üçün əlimizdən gələni edəcəyik. 

Tahir Gözəl Ağdamda yeni stadionun tikilməsi barədə xəbərlərə də münasibət bildirib: 

"Mənim atam Gözəl bəyin dediyi kimi, ermənilər Ağdamda salamat bir yer qoymayıblar. O torpaqlar ümumiyyətlə, inkişafdan məhrum idi. Ancaq şükürlər olsun, cənab prezident İlham Əliyev son görüşümüzdə yeni stadionun tikilməsi ilə bağlı nazirliklərə tapşırığını verdi. Mən də həmin tədbirdə idim. "Qarabağ" klubu olaraq bu yolda əlimizdən nə gəlirsə, hər şeyi can-başla etməyə hazırıq. Mən əminəm ki, orada tezliklə çox gözəl bir stadion tikiləcək. Ağdamda böyük abadlaşdırma işləri gedəcək. Ona da inanıram ki, biz böyük oyunlarımızı o stadionda keçirəcəyik".

Yeni mövsümdə "Qarabağ" klubunun yeni akademiyasının tikilməsi suallarına isə 50 yaşlı funksioner belə cavab verib: 

"Futbol ictimaiyyətin aynasıdır, bir xalqın iradəsidir. "Qarabağ" diplomatik missiyasını yerinə yetirdi. Biz öz gənclərimizin, öz uşaqlarımızın istedadını üzə çıxara bilməsək, məncə, mütləq qalibiyyətdən söhbət gedə bilməz. Uşaq futboluna sözsüz ki, diqqət ayıracağıq. Bu barədə ətraflı danışıb radikal addımlar atmayılıq. Legionersiz oynamağa hələ hazır deyilik. Amma gələcəkdə bu istiqamətdə çalışmalıyıq. Mən Londonda olanda məndən haralı olduğumu soruşdular. Azərbaycanlı olduğumu biləndə "Halal olsun, siz döyüşkən, mərd bil millətsiniz", - dedilər. Bu mübarizliyin, bu xarakterin futbolumuzda da olmasını istəyirəm".
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X