Xorvatiyada Mahir Emrelinin Zaqreb "Dinamo"sunun əsas heyətində möhkəmlənmək perspektivləri müzakirə olunub.
Fanat.Az xəbər verir ki, "Sportske novosti" hücum xəttinin sağ cinahındakı vəziyyəti belə dəyərəndirib:
"Dario Şpikiç uzun müddət idi ki, şansını gözləyirdi. O, mövsümboyu ehtiyat oyunçular skamyasının oyunçusu olsa da, ardıcıl iki matçda start "11-lik"də yer aldı. Sevimli mövqeyində, hücumun sağ cinahında qərarlaşan Şpikiç növbəti mövsüm üçün daha faydalı ola biləcəyini isbatlamış sayılır. Onun əsas rəqibləri isə mövsümün sonuna yaxın bəxtsizlikdən xəstələnən Luka Menalo və Mahir Emrelidir. Emreli əla startla diqqət çəkdi. Təəssüf ki, aldığı zədə daha parlaq oyun nümayiş etdirməsinə mane oldu. Bir sözlə, bizə "Dinamo"nun sağ cinah hücumçusu mövqeyindəki maraqlı rəqabəti izləmək qalır. Bu futbolçulardan hansının start heyətdə meydana çıxacağı isə baş məşqçidən və özlərindən asılıdır".
Nihat