Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev son zamanlar gündəmdə olan məsələ ilə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, qurum rəhbəri gələn mövsümdən klublara teleyayına görə pul ödəniləcəyini bildirib.
"Xəzər Lənkəran"ın ev görüşlərinin yayınını istəməməsi, buna görə pul tələb etməsi bu məsələnin xeyli müzakirəsinə səbəb olmuşdu. Musayev bu haqda belə deyib: "PFL prezidenti olaraq mən daim klubların mənafeyini qorumalıyam. Xarici şirkətlərin biri ilə danışıq aparırıq. Ortaq məxrəcə gələ bilsək, yəqin ki, növbəti mövsümdən hər şey başqa cür olacaq. Onda yayına görə klublara pul da ödəniləcək".
Fanat.az