Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində bu gün növbəti görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, "Chessable Masters" adlanan onlayn turnirin ikinci günündə daha 4 tur oynanılacaq. 37 yaşlı qrossmeyster öncə ağ fiqurlarla ABŞ təmsilçisi Samuel Şenklendlə üz-üzə gələcək.
Məmmədyarov dörd turdan sonra 3 xalla 13-cü yerdədir. O, ilk 3 partiyada, müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Foreestlə (Niderland) heç-heçə edib, ardından 13 yaşlı ABŞ təmsilçisi Abhimanyu Mişraya uduzub.
16 şahmatçı yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
V tur: Şəhriyar Məmmədyarov - Samuel Şenklend (ABŞ)
VI tur: Vidit Santoş Qucarati (Hindistan) - Şəhriyar Məmmədyarov
VII tur: Şəhriyar Məmmədyarov - Vey Yi (Çin)
VIII tur: Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov